UEFA-nın sabiq prezidenti Mişel Platini VAR sisteminə münasibət bildirib. 
Offsideplus.az xəbər verir ki, Platini VAR-ı kəskin tənqid edib. Amma o, bundan sonra VAR-dan imtina edilməyəcəyini də vurğulayıb: 
"VAR problemi həll etmir, sadəcə onların qərarlarını təxirə salır. Mən VAR-a qarşıyam. Hesab edirəm ki, VAR, sadəcə yaraşıqlı yaramazdır. Təəssüf ki, biz heç vaxt bundan imtina etməyəcəyik”. 
Platini 2015-ci ildə korrupsiyada günahlandırılaraq, UEFA prezidenti postundan kənarlaşdırılıb.