Argentina ilə Uruqvay yığmaları arasında keçirilən yoldaşlıq görüşündə xoşagəlməz hal yaşanıb.

Offsideplus.az-ın məlumatına görə, Uruqvay yığmasının hücumçusu Edinson Kavani ilə Argentina millisinin kapitanı Lionel Messi arasında qalmaqal baş verib.

Epizodların birində adıçəkilən ulduzlar arasında sərt dialoq olub. Kavani həmkarını oyundan sonra "söhbətə" çağırıb, Messi isə cavabında "istədiyin zaman" deyib. Yalnız komanda yoldaşlarının müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, Təl-Əvivdə baş tutan və 2:2 hesabı ilə nəticələnən qarşılaşmada Kavani və Messi hərəyə 1 qol vurub.