Almaniyanın həvəskarlar liqasında oyun idarə edən hakimlər etiraz aksiyasına əl atıblar. 
Offsideplus.az xəbər verir ki, hakimləri bu addımı atmağa vadar edən amil, oyunlarda hücuma məruz qalmaları, döyülmələri olub. Köln vilayətinin hakimlər komitəsi də etiraz aksiyasını dəstəkləyib. 
Komitə, ən azı bir həftə, oyunlara hakim göndərməmək barədə qərar çıxardıb.  Noyabrın 3-də keçirilən "Köln V”-"Ossendorf” qarşılaşmasında, hakim, qonaq komandanın oyunçuları tərəfindən döyülmüşdü.