"Trabzonspor”un futbolçusu Con Obi Mikel "Real”ın oyunçusu Eden Hazard barədə danışıb. 
Offsideplus.az xəbər verir ki, Mikel "Çelsi”də Azarla birgə oynayıb. O, sabiq komanda yoldaşının olduqca tənbəl olduğunu vurğulayıb: 
"İndiyə qədər rastlaşdığım ən tənbəl futbolçu kimdir? Hazard. Eden inanılmaz talanta sahibdir. Ola bilsin ki, o, Messidən az istedada sahibdir, ancaq topla istədiyini etməyi bacarır.  Ancaq Hazard məşqlərdə çalışmağı sevmir. Biz işləyərkən, o, sadəcə dayanıb məşqin bitməsini gözləyirdi. Ancaq bazar günü isə meydanda hamıdan yaxşı olurdu. İnanılmazdır”.