"Yuventus"un hücumçusu Kriştianu Ronaldo Portuqaliya yığmasının düşərgəsini tərk edərək, klubuna qayıdıb.

Offsideplus.az-ın məlumatına görə, superulduz komanda yoldaşlarına özünü bağışlatmağın yolunu tapıb.

Belə ki, 34 yaşlı forvard həftəsonu "Atalanta" ilə keçiriləcək çempionat oyunu öncəsi bütün komandanı şam yeməyinə dəvət edib. O, media vasitəsilə deyil, şəxsən özü həmin yığıncaqda üzr istəyəcək.

Qeyd edək ki, Ronaldo "Milan"la son oyunda əvəzləndiyi üçün baş məşqçi Mauritsio Sarriyə etiraz əlaməti olaraq, stadionu tərk etmişdi.