Avro-2020-nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Azərbaycan – Uels görüşündə oyuna damğa vuran simalar Britaniya adasından gəlmiş fanatlar idi.

Təxminən 1200 azarkeşlə Bakıda təmsil olunan uelslilər matç boyu mahnı oxuyub, komandalarını alqışlayıb.