"Fənərbağça"nın basketbol komandasının baş məşqçisi Zelko Obradoviç oyunçularını ağır söyüşlərlə təhqir edib.

Offsideplus.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, 59 yaşlı serbiyalı mütəxəssis Moskva ÇSKA-sı ilə Avropa Liqasının oyunu zamanı oyunçularına ağzına gələni deyib. Türkiyə klubunun 70:88 hesabı ilə məğlub olduğu görüşün 3-cü hissəsindəki fasilə zamanı özündən çıxan serbiyalı oyunçulara bildiyi bütün söyüşləri işlədib.

Avroliqaya uğursuz start verən "Fənər" 8 oyunun 6-da uduzub, yalnız 2 görüşdə qələbə qazanıb.