Offsideplus.az xəbər verir ki, ilk hissədə argentinalı ulduzla Tite arasında qısa dialoq olub, ardınca Messi barmağını dodaqlarına qoyaraq məşqçiyə jestlə susmağı işarə edib.

Tite oyundan sonra verdiyi açıqlamasında haqlı olduğunu bildirib: “Messini hakimə şikayət etdim, çünki o sarı vərəqə almalı idi. Messi isə mənə “ağzını yum” dedi, mən də ona susmağını dedim. Olan budur və əlavə nəsə danışmaq istəmirəm. Hakim güclü olmalıdır, əks halda o (Messi)  hakimi üstələyəcək. Lionelə o epizodda vərəqə göstərilməli idi, mən də buna görə narazılığımı bildirdim”.

Messi 4 ay fasilədən sonra ilk dəfə Argentina yığmasında oynayıb və Braziliya ilə oyunda qələbə qolunu vurub. Argentinalı forvard Amerika kubokundakı təşkilatçılıqla bağlı tənqidi fikirlərinə görə cəzalanmışdı.