MLS-də mübarizə aparan “Los Anceles Qalaksi”nin baş məşqçisi Gilyermo Barros Skelotto komandadan ayrılacağı dəqiqləşən Zlatan İbrahimoviçlə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis, isveçli hücumçunun karyerasını İtaliyada bitirmək istədiyini bildirib:

“O, hazırda nə edəcəyini bilmir. Zlatan mükəmməl futbolçudur, amma onun bundan sonrakı planından xəbərim yoxdur. Düşünürəm ki, o, karyerasını “Napoli”də və ya “Milan”da bitirəcək. Onun hara gedəcəyini bilmirəm, amma karyerasını İtaliyada bitirmək istədiyini bilirəm. Zlatan və “Napoli”nin baş məşqçisi Karlo Ançelotti bir-birlərini çox yaxşı tanıyırlar. İbrahimoviç hazırda “Napoli”nin ehtiyacı olan xüsusiyyətlərə sahib futbolçudur”.