Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu Antuan Qrizmannla bağlı vəziyyəti və futbolçunun "Barselona"dakı mövqeyini şərh edib.

Offsideplus.az xəbər verir ki, o, Qrizmannın vəziyyətinin normal olduğunu bildirib:

"Hər şey daha yaxşı ola bilərdi, ancaq mən onun hər matçını izləyirəm və vəziyyətin fəlakətli olmadığını görürəm. Problemlərin çoxu Antuanın "Barselona"da oynadığı mövqedən asılıdır. "Atletiko"da öz mövqeyində oynadığı üçün göstəriciləri yaxşı idi. Qrizmann milli komandamız üçün kim olduğunu və bizim ona necə güvəndiyimizi bilir”.
Xatırladaq ki, fransız hücumçusunun katalon klubuna uyğunlaşmaqda çətinlik çəkdiyi barədə xəbərlər yayılıb. Buna əsas səbəb futbolçunun Messi ilə münasibətləri və Erneste Valverdenin onu öz mövqeyində oynatmaması göstərilir.