"Barselona" yoldaşlıq görüşündə İspaniyanın üçüncü divizionunun lideri "Kartagena"nı məğlub edib - 2:0.

Offsideplus.az xəbər verir ki, "Kartagonova" stadionunda keçirilən matçdan əldə edilən gəlir Mursiyada güclü daşqından zərər çəkənlərə kömək üçün göndəriləcək.

Bu ilin sentyabr ayında bölgədə illik yağış normadan artıq - 24 saat ərzində dayanmadan yağıb. Bu da əkin sahələrinin viran qalmasına, evlərin itirilməsinə və bir neçə insanın ölümünə səbəb olub. Fəlakət nəticəsində 30 minə yaxın insan zərər çəkib, bölgəyə 170-190 milyon avro arası maddi ziyan dəyib.