Bu axşam AVRO-2020-nin seçmə oyununda İngiltərə yığması Montoneqronu qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, bu qarşılaşma futbolun yaradıcıları üçün yubileylə əlamətdar olacaq. Qaret Sautqeytin baş məşqçi olduğu kollektiv 1000 oyun keçirən ilk milli komanda kimi tarixə düşəcək. "Uembli" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

İngiltərə yığması əvvəlki 999 oyundan 568-də qalib gəldiyi halda, 241 dəfə uduzub. 190 qarşılaşmada isə heç-heçə qeydə alınıb.

Xatırladaq ki, milli komandalar arasında ilk rəsmi oyun 147 il öncə keçirilib. 30 noyabr 1872-ci ildə reallaşan Şotlandiya - İngiltərə qarşılaşmasında hesab açılmayıb.