AFFA-nın təşkilatçılığı ilə keçirilən U-19, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər, həmçinin qızlardan ibarət komandaların iştirak etdiyi U-13, U-16 və Yüksək liqalarda iştirak edən oyunçuların qeydiyyatının əsas mərhələsi başa çatıb. 

Offsideplus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsüm üçün ümumilikdə 683 komanda, 11 114 oyunçu qeydiyyatdan keçib. 

Onların 3 786 (34 %) nəfəri futbola yeni cəlb olunan oyunçulardır.