“Yuventus”un futbolçuları komanda yoldaşları Kriştiano Ronaldonun hərəkətlərindən narazıdırlar.

Offsideplus.az xəbər verir ki, Ronaldo A Seriyasının sonuncu turunun “Milan”la oyununda (1:0) əvəzlənən zaman baş məşqçi Mauritsio Sarri ilə görüşməmiş və birbaşa paltardəyişmə otağına yollanmışdı.

“Yuventus”lu futbolçular portuqaliyalı hücumçunun davranışlarından narazıdır və onun komanda heyətindən üzr istəməsini tələb edirlər.