Offsideplus.az xəbər verir ki, yeni forma qırmızı rəngdədir. Emblemdə yaşıl rəngin sahəsi xeyli azaldılıb. Nəticədə forma zahirən büsbütün qırmızı rəngə boyanıb. Onun üzərindəki ağ rəngi isə yaşıl və ağ çalarlı sarı zolaq əvəzləyib. Qırmızı və sarı rənglərin palitrası Uelsin milli qəhrəmanı Ouayn Qlindurun qalxanını, qollardakı yaşıl rəng isə "Qırmızı divar" əsərinin motivlərinə əsaslanıb.