İngiltərə millisinin futbolçusu Rahim Sterlinq AVRO-2020-nin seçmə mərhələsində Montoneqro ilə keçiriləcək oyunun iştirakçıları sırasından kənarlaşdırılıb.

Offsideplus.az “The Guardian”a istinadən xəbər verir ki, səbər 25 yaşlı hücumçunun yığmadakı komanda yoldaşı Co Qomeslə dalaşmasıdır. “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının ötən turunda “Liverpul”a səfərdə 1:3 hesabı ilə uduzduqları görüşdə 22 yaşı müdafiəçi ilə mübahisə edən Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirib. O, əlbəyaxa olduğu Qomesin boğazından tutub. Baş məşqçi Qaret Sautqeyt Sterlinqi yığmadan kənarlaşdırıb. Sautgeyt qərarı bütün komandanın razılığı ilə qəbul etdiyini bildirib. 

Qeyd edək ki, İngiltərə millisi noybarın 14-də Montoneqro, 3 gün sonra Kosovo ilə qarşılaşacaq.