Gələn ildən başlayaraq 2022-ci ilədək İspaniya Super kuboku Səudiyyə Ərəbistanında keçiriləcək.

Offsideplus.az xəbər verir ki, bu gün atılan püşk nəticəsində yarımfinalda “Real” “Valensiya” ilə, “Barselona” isə “Atletiko”yla üz-üzə gələcək.

Bu oyunlar müvafiq olaraq, 2020-ci il yanvarın 8-də və 9-da keçiriləcək. Super kubokun finalı isə yanvarın 12-də baş tutacaq. Super kubokun oyunları ilk dəfə 4 komandanın iştirakı ilə keçiriləcək. 

Səudiyyə Ərəbistanı oyunlara ev sahibliyi etmək üçün 120 milyon avro ödəyib.