Slovakiya Futbol Federasiyası AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandalarına qarşı oyunlar üçün mükafat təyib edib.

Offsideplus.az aktuality.sk saytına istinadən xəbər verir ki, qurumun rəhbəri Yan Kovaçik bildirib ki, Slovakiya yığması noyabrın 16-da səfərdə Xorvatiya kollektivini məğlub edəcəyi təqdirdə, komandaya 200 min avro mükafat veriləcək.

Üç gün sonra Azərbaycan millisi ilə ev oyununun mükafatı isə 50 min avro təşkil edəcək.

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavadakı Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.