Offsideplus.az xəbər verir ki, Sarri matçın qolsuz keçən ikinci yarısında qəribə addım atıb. O, oyunun 55-ci dəqiqəsində Ronaldonu oyundan çıxararaq onu Paulo Dibala ilə əvəzləyib. Ronaldo baş məşqçinin üzünə belə baxmadan paltardəyişmə otağına yollanıb. İtalyan futbolsevərlər Sarrinin qərarına etiraz edərək “Bu adam Ronaldonun karyerasına son qoyacaq” deyiblər.

Sarri isə daha sonra açıqlamasında “Ronaldo dizindən yaralanmışdı. Əsəbi və gərgin idi. Vəziyyəti yaxşı görünmürdü. Riskə getmədim və oyundan çıxardım” deyib.

Xatırladaq ki, “Lokomotiv Moskva” ilə görüşün 82-ci dəqiqəsində də Sarri hesab 1:1 olarkən Ronaldonu meydandan çıxarmış, onu Duqlas Kosta ilə əvəzləmişdi. Sarri həmin oyundan sonra da Ronaldonu ayağındakı problem səbəbindən oyundan çıxardığını bildirmişdi.