AFFA-nın dəstəyi, Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş futbol turniri keçiriləcək.

Offsideplus.az-ın məlumatına görə, bu gün start götürən turnirdə Futbol Veteranlarından, ADBTİA-nın müəllimlərindən, AFFA Hakimlər Depatamentinin üzvlərindən, Hakim-inspektorlardan təşkil olunmuş 4 komanda iştirak edəcək. 

Oyunlar AFFA Futbol Akademiyasının meydanında olacaq. Turnir oktyabrın 19-dək davam edəcək.