Futbol üzrə Almaniya və Argentina komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçirilib.

Offsideplus.az xəbər verir ki, görüş “Signal İduna Park” stadionunda reallaşıb.

Görüşdə meydan sahibləri 2:0 hesabı ilə öndə olsalar da, qonaqlar dönüş yaradaraq hesabı bərabərləşdirməyə nail olublar.

Görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.

Almanların heyətində Serj Qnabri, Kai Havertz, argentinalıların heyətində isə Lukas Olario və Lukas Okampos fərqləniblər.