UFC çempionu Həbib Nurməhəmmədov xeyriyyə aksiyasında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, Nurməhəmmədov Dastin Poryenin futbolkasını 100 min dollara satıb.

Dağıstanlı döyüşçü əldə olunan vəsaiti Poryenin “The Good Fight” xeyriyyə fonduna köçürüb. Amerikalı Həbibin bu addımına belə münasibət bildirib: 

“Bu, möhtəşəm xəbərdir. Çünki bu vəsaitlə xeyli insana yardım etmiş olacağıq. Bununla fəxr edirəm və Həbibin dəstəyini yüksək qiymətləndirirəm”. (sportinfo)