ABŞ-da futbol matçı zamanı stadionda yanğın baş verib.

Offsideplus.az xəbər verir ki, hadisə ölkənin cənubunda, Tennesi ştatının paytaxtı Naşvilldə qeydə alınıb. Oyun zamanı pirotexniki qurğu alışıb. Alov dərhal qazona yayılıb. Alışmadan ərazidə böyük tüstü dumanı yaranıb.

Alovun qarşısını tezliklə almaq mümkün olub. Hadisə zamanı xəsarət alan olmayıb