İngiltərə Futbol Assosiasiyası (FA) "Nyuport Kaunti"nin futbolçusu Rayan İnnissə 5 oyunluq cəza verib.

Offsideplus.az qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, buna oyunçunun "Vest Hem"ın U-23 kollektivi ilə görüşdə rəqibini dişləməsi səbəb olub. O, 4:5 hesabı ilə uduzduqları Futbol Liqası Kuboku matçına görə cəzaya məruz qalıb.

Əvvəlcə oyunçu 3 oyunluq cəzalandırılıb, ancaq FA bunu yetərli saymayıb və cəzanı 5 matça yüksəldib.