FİFA yay transfer pəncərəsi dövründə Avropa klublarının etdiyi transferlərin statistikasını açıqlayıb.

Offsideplus.az qurumun saytına istinadən xəbər verir ki, 1 iyun – 2 sentyabr aralığında 8935 transfer həyata keçirilib. Bu, ötən illə müqayisədə 4,8 faiz çoxdur.

Transferlərə xərclənən ümumi məbləğ 5,79 milyard dollardır. Bu göstəricidə isə 9 faiz artım olub.  Qeyd olunan məbləğin 4,38 milyardını “böyük beşlik” klubları, 1,41 milyardını isə digər klublar xərcləyib.

Ümumilikdə isə qış və yay transfer pəncərələri dövründə 7,31 milyard dollarlıq transfer olunub ki, bu, ötən mövsümlə müqayisədə 4 faiz artım deməkdir.