Futbol agentləri “yay transfer pəncərəsi” dövründə 500 milyon dollar qazanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə “Fifa Tms” nəşri məlumat yayıb. Mənbənin məlumatına əsasən, bu il yay pənəcərəsindən 8 746 futbolçunun keçidi rəsmiləşdirilib. Bu transferlərdən agentlər 529,3 milyon dollar qazanıb. 

Bu məbləğin 64.9% -ni futbolçuların nümayəndələrinə oyunçuların keçdiyi klublar ödəyib.

Bu xərclərin böyük əksəriyyəti (76%) beş aparıcı Avropa çempionatının - İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa klublarının payına düşür. (Report)