AVRO-2020-nin seçmə mərhələsində Bakıda keçirilmiş Azərbaycan - Xorvatiya matçında meydana iki azarkeş daxil olub.

Offsideplus.az-ın məlumatına görə, fanatlar qarşılaşma başa çatan kimi futbolçulara tərəf qaçmağa başlayıblar.

Polis onlara dərhal müdaxilə edib. Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev azarkeşə tərəf gedərək onu polisin əlindən alıb.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb və Azərbaycan yığması seçmə mərhələdə ilk xalını qazanıb.