Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropa klublarının hazırkı heyətlərində yer alan futbolçuların transferlərinə xərclənən pulları açıqlayıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda ilk sırada İngiltərənin “Mançester Siti” klubudur. “Şəhərlilər” heyətindəki futbolçulara ümumilikdə 1,014 milyard avro xərcləyib. “Mançester Siti” bununla da, futbol tarixində heyətindəki futbolçulara 1 milyard avrodan çox pul xərcləyən ilk klub olub:

  1. Mançester Siti (İngiltərə) – 1.014 milyard avro
  2. PSJ (Fransa) – 913 milyon
  3. Real (İspaniya) – 902
  4. Mançester Yunayted (İngiltərə) – 751
  5. Yuventus (İtaliya) – 719
  6. Barselona (İspaniya) – 697
  7. Liverpul (İngiltərə) – 639
  8. Çelsi (İngiltərə) – 561
  9. Atletiko (İspaniya) – 550
  10. Arsenal (İngiltərə) – 498