“Los-Anceles Qeleksi”nin hücumçusu Zlatan İbrahimoviç ardıcıl üçüncü oyunda dubl edib.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçu bu dəfə MLS-də “Lon-Anceles”lə oyunda (3:3) iki qol vurub.

Ümumilikdə bu mövsüm Zlatan 22 oyunda rəqib qapılarından 22 qol keçirib. O, hazırda bombardirlər siyahısında ikincidir. Birinci yeri isə 27 qolla (26 oyuna) “Los-Anceles”in hücumçusu Karlos Vela tutur.