Braziliyanın "Qremio" və "Palmeyras" komandaları arasında keçirilmiş Libertadores Kubokunun 1/4 final mərhələsinin ilk oyununda baxımlı qol vurulub.

"Palmeyras"ın futbolçusu Qustavo Skarpa komanda yoldaşının cərimə zərbəsindən ötürdüyü topu uzaq məsafədən qapıya yönəldib. 25 yaşlı yarımmüdafiəçinin qüvvətli zərbəsi qolla nəticələnib. 

Qeyd edək ki, "Palmeyras" 31-ci dəqiqədə vurulan bu qol sayəsində səfərdə qələbə qazanıb - 1:0. Komandalar arasında cavab qarşılaşması avqustun 28-də olacaq.