Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunu futbolçusu Kriştiano Ronaldo peşəkar karyerasını nə vaxt başa vuracağı ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı hücumçusu TVI telekanalına müsahibəsində hazırda bu barədə düşünmədiyini söyləyib: “Ola bilər ki, gələn il karyeramı başa vuram. Bununla belə, 40 və ya 41 yaşıma qədər oynaya bilərəm. Bilmirəm... Hamı deyir ki, andan həzz almaq lazımdır. Məndə bunu etməyə davam etməliyəm”.

Qeyd edək ki Ronaldo isə daha öncə vətənində “Sportinq”in, İngiltərədə “Mançester Yunayted”in, İspaniyada isə “Real Madrid”in formasını geyinib.