Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində AFFA tərəfindən süni örtüklü meydançaların quraşdırılaraq təmannasız olaraq uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilməsi işləri davam etdirilir.

Offsideplus.az qurumun saytına istinadən xəbər verir ki, daha iki belə meydança istifadəyə verilib. 

Növbəti süni örtüklü meydançalar Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən Uşaq parkında və Mirvari parkında inşa olunub.