Çempionlar Liqasından kənarda qalmaq "Portu"ya baha başa gəlib.

Portuqaliya təmsilçisi bu üzdən 44 milyon avro itirib.

Bununla "əjdahalar" qrup mərhələsindəki iştiraka və son 10 ildə avrokuboklardakı uğurlu çıxışa görə təyin edilən bonusu əldən qaçırıb. "Portu"nun uğursuzluğu "Benfika"nın işinə yarayıb. Çünki indi Bruno Laqenin çalışdırdığı komanda televiziya yayımından əldə ediləcək gəlirin 100%-nə sahib çıxacaq. Əgər bir ölkənin iki nümayəndəsi qrup mərhələsində yer alırsa, TV yayımının gəlirləri müvafiq olaraq 55%-in 45% nisbətində çempionun xeyrinə bölüşdürülür.

Qeyd edək ki, "Portu" III təsnifat mərhələsində evdə "Krasnodar"a 2:3 hesabı ilə məğlub olaraq, Avropa Liqasına yuvarlanıb. (matc.az)