Bir müddət əvvəl "Lester"in futbolçusu Demaray Qrayın evi soyğunçuların hədəfinə çevirilmişdi.

Offsideplus.az xəbər verir ki, futbolçunun evini "Google" vasitəsi ilə tapan 4 soyğunçu onun ailəsinə qorxulu anlar yaşatmışdı.

Soyğun üçün 23 yaşlı futbolçunun evdə olmadığı vaxtı seçən oğrular gündüz saatlarında evə girərək 24 min funt-sterlinq nağd pul və qızıl-zinyət əşyaları aparmışdı. Həmin an evdə olan Qrayın 22 yaşlı sevgilisi Emma Hikman və yeni doğulan uşağı qorxulu anlar yaşamışdı.

Emma Hikman baş verənlərlə bağlı məhkəmədə danışıb. Oğruların silahlı olduğunu deyən futbolçunun sevgilisi həmin vaxt yataqda olduğunu bildirib:

"Yataq otağında yatarkən biri otağa girdi. Adamı əlində bıçaqla qarşımda görənə qədər nələr olduğunu anlamadım. Çılpaq idim. Üzərimdə yalnız örtük var idi. Tərpənməməyimi söylədilər, pulların, qızılların yerini soruşdular. Pulların yerini dedim. Əlində böyük bıçaq verib. Sanki qılınc idi. Silahları da var idi. "Rolex" markalı saatımı da götürdülər. Götürəndə "sevgilin sənin üçün yenisini alar" dedilər. Çox qorxmuşdum. Mənə zərər verməyəcəklərini dedilər. Amma anamla bağlı təhdid etdilər. Anamın yolda olduğunu və evə gəldiyini söyləşmişdim. Bunu eşidəndən sonra ona zərər verəcəklərini dedilər".(fanat.az)

1574694788 5ddb9060ae298b7182144134

1574694794 5ddbdacc66a97c109ec7675b

1574694815 5ddb9060ae298b7247784679

1574694816 5ddb906166a97cfd04ac6956

1574694825 5ddbdaccae298b8583fa1eb2

1574694827 5ddbdacb66a97c11771d3555

1574694829 5ddb906166a97cfd04ac6958

1574694841 5ddbdacb66a97c109ff12b3d

1574694843 5ddb906066a97cfc4557e9d5

1574694849 5ddbdacbae298b8583fa1eb0

1574694860 5ddbdaca66a97c109ec76759

1574694866 5ddb9060ae298b7248b8884b