"Çelsi" klubunun azarkeşi olan braziliyalı model Jessika Lopes maraqlı açıqlaması ilə diqqətləri çəkib. 

Offsideplus.az xəbər verir ki, model London klubu çempion olacağı halda soyunacağını bilidirib.

Böyük Britaniyada yaşayan Lopes "Çelsi"nin bütün oyunlarını izlədiyini və komandasının uğuru üçün hər şeyi edə biləcəyini deyib:

"Harada olmağımdan asılı olmayaraq klubun oyunlarını izləyirəm. Komananın gözəl heyəti və baş məşqçisi var. "Çelsi"nin çempionluğu üçün hər şeyə hazıram, hətta tamamilə soyunmağa da. Futbolçulardan ən çox norveçli forvard Teemu Pukki məni cəlb edir. Bu futbolçu "Çelsi" üçün əla transfer olardı".