Rusiyada məşhurlaşan azərbaycanlı model Emil Həsənzadə və onun rusiyalı həmkarı Kristina Surkova romantik fotolayihədə yer alıblar.

Emil fotosetdən şəkilləri "İnstagram" səhifəsində paylaşıb.

Layihənin rəhbəri rusiyalı fotoqraf Tatyana Kotdur. Çəkilişlər İtaliyada aparılıb. Modellər müasir Romeo və Cülyetta obrazlarını canlandırıblar.

Emil Həsənzadənin valideynləri bir neçə il əvvəl Rusiyaya köçüblər. Emil Moskvada doğulub, böyüyüb, təhsil alıb. Hazırda tək model kimi işləmir, həm də futbolla məşğuldur.

Həmçinin "Miss&Mr National Azerbaijan" müsabiqəsinin qalibidir. Kristina Surkova nəinki Rusiyada, eləcə də bir çox digər xarici ölkələrdə moda layihələrinə qatılır.