Yazıçı Seyran Səxavət moderator.az-a müsabibə verib. Yazar futbolla bağlı da sualları cavablandırıb. Müsahibənin futbolla bağlı hissəsini təqim edirik.

- Azərbycanın ən möhtəşəm futbol azarkeşlərindən birisiniz. "Barselona” ya azarkeşlik edirsiniz və hesab edirsiniz ki, Messi sizin oğlunuzdur...
- Bəli. Elə bilirəm ki, Messi mənim belimdən gəlib. Görün o, nə qədər mədəniyyətlidi, o, dünyanın bütün prezidentlərindən daha məşhur və sevimlidi. Çox zəhmətkeş uşaqdı, uşaqlıqda xəstə olub.

- Bəs bizdə niyə futbolçularımız bir-birinə pas verməyi xoşlamırlar?
- Biz ümumiyyətlə, nə futbolda, nə həyatda, nə də sənətdə bir-birimizə pas verməyi xoşlamırıq. Millət olaraq kollektiv oyunlar bizdə alınmır, fərdilik daha möhtəşəm olur.

- "Qarabağ”ın oyununa baxırsınız?
- Əvvəllər baxırdım və indi baxmıram. Çünki Q.Qurbanov da bu komandada çox ləngidi. "Barselona” kimi nəhəng bir komandanın məşqçisi komandadan getdi. Q.Qurbanov isə uzun illərdi bir komandadır. Əslində heç Qurbanı əvəz edəcək adam da yoxdu. Buna görə də düşünürəm ki, Azərbaycanda heç vaxt futbol olmayacaq. Mənim yadımdadı "Neftçi” komandası Yaponiyanın yığma komandasına Bakıda 10:0 qalib gəldi. İndi bizə futbola elə adam başçılıq edir ki, heç özü də bilmir futbol nədir. Ümumiyyətlə, futbolun inkişafı üçün pul lazımdı və bu da var. Amma baxır o pulu kim, hara, necə xərcləyir. Bu gün o pulu azərbaycansayağı xərcləyirlər və nəticədə göz qabağındadır.