ABŞ-ın qadın yığmasının üzvü, dünya çempionu Aleks Morqan Ronaldoya qarşı irəli sürülmüş təcavüz ittihamının bağlanmasına münasibət bildirib. 
Offsideplus.az xəbər verir ki, Morqan bu işin pul müqabilində bağlandığını iddia edib. O, qadınları müdafiə etməyin vacib olduğunu da vurğulayıb: 
"Bu işi bu şəkildə bağlamaq olmazdı. Hesab edirəm ki, burda pulun böyük rolu oldu. İttiham götürülüb və o, oynamağa davam edir. 
Ronaldo dünyanın ən məşhur futbolçularından biridir. Yəqin ki, bu amilin də böyük rolu var. Hesab edirəm ki, çətin durumda olan qadınları müdafiə etmək lazımdır. 
Ronaldonun futbol meydanında etdikləri ilə insan kimi davranışını fərqləndirmək lazımdır”.