Müğənni Olqa Buzovanın keçmiş əri, futbolçu Dmitri Tarasov yenidən ata olmağa hazırlaşır.
Onun model arvadı Anastasiya Kostenko hamiləlik fotosunu sosial şəbəkədə yayıb. Onun bu paylaşımı Buzovanı özündən çıxarıb.
Olqa boşansa da, ərinə əsəbi olduğunu gizlətməyib. Modelin paylaşdığı şəklə reaksiyasız qalmayan müğənni tənqid etməkdən çəkinməyib.
"Həyatımda acı hekayə oldu. Bir qadın ərimin şəkli ilə foto çəkdirdi, sonra onun arvadı oldu" deyə, Buzova bildirib.
4 il birlikdə yaşayan Tarasov və Buzova modelə görə ailə münasibətlərinə son qoyub. Futbolçunun modeldən ikinci uşağı dünyaya gələcək.
 
Fanat.Az