Sosial şəbəkələrdə "Sevilya"nın U-12 komandasının hücumçusu İbrahim Sou ulduza çevrilib.

Offsideplus.az xəbər verir ki, buna səbəb gənc qolçunun mövsümü 29 qolla tamamlaması deyil. Müzakirə mövzusu 12 yaşlı futbolçunun boyunun 175 sm olmasıdır.
12 yaşlı uşaqların liqasında mübarizə aparan futbolçunun boyu digər həmyaşıdlarından kəskin dərəcədə yüksəkdir.
Sosial şəbəkə istifadəçiləri onun boyu ilə bağlı gülməli fikirlər yazırlar:
"Sevilya" siz futbolçularınızı nə ilə bəsləyirsiniz?"
"Sevilya"lı oğlan, sənin neçə yaşın var?"
"Valideynlər uşaqlara qarşı?"
Yeri gəlmişkən, Sou bu yaş qrupunda ən hündür boyu olan ilk futbolçu deyil. 2018-ci ildə PSG akademiyasının yetirməsi olan konqolu Bitşiabu El Çadal 190 sm boyu ilə sosial şəbəkələrin ulduzuna çevrilmişdi. Fransa klubu onun 12 yaşlı olduğunu rəsmi sənədlərlə isbat etmək məcburiyyətində qalmışdı.