Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo azyaşlı azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu saxlatdırıb. Offsideplus.az xəbər verir ki, bu, Portuqaliya yığmasının Millətlər Liqasının finalından öncə keçirdiyi məşqdən sonra olub. Leykemiya xəstəliyindən əziyyət çəkən 11 yaşlı uşaq əlində “Kristiano Ronaldo, qucaqla məni” sözləri yazılan plakatla yolun kənarında Portuqaliya millisinin avtobusunu gözləyib. Uşağı görən Ronaldu sürücüdən avtobusu saxlatdırmağı istəyib və uşağın xahişini yerinə yetirib.