Kristiano Ronaldo qarajına növbəti avtomobilini əlavə edib. 

Offsideplus.az-ın məlumatına görə, bu barədə oyunçu özü instaqramda status paylaşıb.

“Yuventus”un super ulduzunun yeni “oyuncağ”ı “McLaren Senna” yarış avtomobilidir.

Supercar ilk dəfə 2018-ci ildə Jenevada təqdim olunub. Avtomobil əfsanəvi “Formula-1” pilotu Ayrton Sennanın şərəfinə adlandırılıb.

800 at gücünə sahib avtomobil 1 milyon avro ərəfəsində dəyərləndirilir.