Fransanın məşhur “France Football” nəşri dünyanın ən çox qazanan futbolçu və baş məşqçilərinin siyahısını açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, oyunçular arasında illik gəliri ən çox olan “Barselona”nın hücumçusu Lionel Messidir. Argentinalı superulduz maaş və reklam gəlirləri ilə birlikdə ildə 130 milyon avro qazanır. İkinci sırada illik 113 milyon avroluq gəlirlə “Yuventus”un portuqaliyalı forvardı Kriştiano Ronaldo yer alır. İlk 3-lüyü PSJ-dən Neymar tamamlayır. Braziliyalı futbolçunun qazancı 91,5 milyon avro təşkil edir.

Ən çox qazanan məşqçilərin siyahısına isə “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone başçılıq edir. Argentinalı mütəxəssisin illik gəliri 41 milyon avrodur. Onu 31 milyonla hazırda işsiz olan Joze Mourinyo (31 milyon) və Tyerri Anri (25,5 milyon) izləyir. “Mançester Yunayted”in baş məşqçisi Pep Qvardiola isə ilinə 24 milyon avro qazanır.

İllik gəliri ən çox olan qadın futbolçu isə “Lion”da çıxış edən Ada Haqerberqdir. Onun qazancı 400 min avrodur.

Ən çox qazanan futbolçular

1. Lionel Messi (“Barselona) – 130 milyon avro

2. Kriştiano Ronaldo (“Yuventus”) – 113 milyon avro

3. Neymar (PSJ) - 91,5 milyon avro

4. Antuan Qrizmann (“Atletiko”) – 44 milyon avro

5. Qaret Beyl (“Real”) - 40,2 milyon avro

6. Andres İnyesta (“Vissel Kobe”) - 33 milyon avro

7. Aleksis Sançes (“Mançester Yunayted”) - 30,7 milyon avro

8. Filippe Koutinyo (“Barselona”) 30 milyon avro

9. Ezekiel Lavezzi (“Hebey Çayna Forçun”) - 28,3 milyon avro

10. Luis Suares (“Barselona”) - 28 milyon avro

Ən çox qazanan baş məşqçilər

1. Dieqo Simeone (“Atletiko”) – 41 milyon avro

2. Joze Mourinyo (işsiz) – 31 milyon avro

3. Tyerri Anri (işsiz) 25,5M€

4. Pep Qvardiola (“Mançester Siti”) – 24 milyon avro

5. Ernesto Valverde (“Barselona”) – 23 milyon avro

6. Arsen Venger (işsiz) - 20,5 milyon avro

7. Fabio Kannavaro (“Xançjou Evergrande”) - 15 milyon avro

8. Massimiliano Alleqri (“Yuventus”) - 13,5 milyon avro

9-11. Marselo Lippi (Çin millisi), Yurgen Klopp (“Liverpul”), Leonardo Jardim (“Monako”) – 13 milyon(qol.az)