Türkiyə millisinin sabiq üzvü Emre Aşık boşanmağa hazırlaşdığı həyat yoldaşı Yağmur Aşıka qarşı şok iddia ilə çıxış edib.
Offsideplus.az yerli mediaya istinadən xəbər verir ki, veteran futbolçu arvadının fahişəliyə görə saxlanıldığını bildirib: "Həyat yoldaşım 2011-ci ildə keçirilən "Barbie" əməlyyatı zamanı saxlanılıb. Bu səbəbdən Duyğu adını dəyişərək Yağmur edib. Fırıldaqçılıq, rəsmi sənədlərdə saxtakarlıq, çirkli pulların yuyulması kimi cinayətlərə qarışıb. Qanundankənar əməllərdə iştirak etdiyi sübut olunub. Narkotikdən istifadə edir və uşaqlarımızı döyür. Uşaqlarımın təhlükəsizliyi şübhə altındadır. Onları baxıcıya əmanət edib xaricə yollanıb".
Qeyd edək ki, Yağmur Aşık bir müddət əvvəl gecə klubunda bir kişi ilə yaxalanıb. Bundan sonra Emre Aşık ondan boşanmaq üçün məhkəməyə müraiət edib.
 
Fanat.Az