Məşhur ingilis futbolçu Devid Bekhemin ailəsində problem yaranıb.
Offsideplus.az xəbər verir ki, veteran futbolçunun həyat yoldaşı Viktoriya Bekhem onu danimarkalı model Helena Kristensenə qısqanıb. 
İddiaya görə, Devidin 50 yaşlı Helena ilə yaxın dostluq münasibəti Viktoriyanı özündən çıxarıb. Futbolçu ilə modelin münasibətləri keçmiş modelin dekabr ayında "Instagram"dan paylaşdığı bu foto ilə üzə çıxmışdı.
 
 
Onların münasibətləri daha sonra daha da yaxşılaşıb. 
 
Bekhem ailəsinə yaxın mənbənin baş verənlərlə bağlı danışarkən "Viktoriya Devidin qadın dostları ilə səmimi münasibətinə görə həmişə narahat olur və qısqanır. Ərinin onunla daha çox vaxt keçirməsini istəyir" deyib.
 
İddiaya görə, Viktoriyanın bu qədər qəzəblənməsinə Devidə Helenanın Mayamidəki bir əyləncə mərkəzində gecə səhərə qədər birlikdə əylənməsi olub. Həmin məclisə işləri səbəbindən qatılmayan Viktoriya bunu eşidəndən sonra özündən çıxıb. Bundan sonra o, ərinə keçmiş modeldən uzaq durması üçün xəbərdarlıq edib.
 
 
Qeyd edək ki, Helena Kristensen 1990-cı illərin məşhur modellərindəndi. 50 yaşlı gözəl bir müddətdi subaydı və sevgilisi yoxdu. Onun Norman Reedusdan Minqus Lusien adlı 19 yşalı oğlu var.
 

















Fanat.az