"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" ("Ballon d'Or") mükafatının təqdimetmə mərasimi keçirilib. Əsas mükafatın sahibi xorvatiyalı futbolçu Luka Modriç olub. 
 Offsideplus.az xəbər verir ki, mükafatlandırma mərasimi isə qalmaqalla yadda qalıb. Belə ki, tədbirin aparıcısı Martin Solveig "Ən yaxşı qadın futbolçu" nominasiyasında "Qızıl Top"a sahib olan ilk qadın futbolçu kimi tarixə düşən Ada Hegerbergə qəribə sual verib. Aparıcı finlandiyalı futbolçuya ""Twerk" rəqsi oynaya bilirsiniz?" sualını ünvanlayıb. Hegerberg isə soyuq şəkildə "yox" cavabını verərək səhnəni tərk edib.
 
Hadisədən sonra Martin Solveig sosial şəbəkə hesabından açıqlama edərək üzr istəyib. 
Fanat.Az