“Qalatasaray” klubu gənc futbolçusu Cəlil Yüksəlin müqaviləsini yeniləyib. 

Offsideplus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin razılaşmasının müddəti 2022-ci ilədək uzadılıb.

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Cəlil Yüksəl yeni mövsümdən əsas komandaya cəlb edilib.