"Fənərbağça" klubu alt yaş qruplarından Arda Gülər ilə rəsmi müqavilə imzalayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-lacivərtlər" 15 yaşlı futbolçunu heyətinə qatıb. Gələcəyin ulduzu olacağına güvənilən Arda ilə 2,5 il müddətinə anlaşma imzalanıb.

Qeyd edək ki, "Gençlerbirliği"ində yaxşı təsir bağışlayan Arda Gülər 2019-cu ildə "Fənərbağça"nın alt yaş qrupuna keçmişdi.

 

5ffeee06ae298b431087af43