Türkiyənin “Başakşehir” klubu futbolçusu Martin Şkrtellə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi 36 yaşlı müdafiəçinin müqaviləsinə xitam verib. 
Şkrtelin “Başakşehir”lə müqaviləsi mövsümün sonuna qədər idi. Müdafiəçi zədə səbəbindən yaya qədər yaşıl meydanlardan uzaq qalacaq. “Başakşehir” bu səbəbdən futbolçu ilə müqaviləyə xitam vermək qərarına gəlib.
Slovakiya yığmasının sabiq üzvü olan Şkrtel daha əvvəl “Fənərbaxça”, “Liverpul”, “Zenit” kimi klublarda da çıxış edib.