"Qalatasaray" qış transfer dönəmində ilk transferini gerçəkləşdirib.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Henri Onyekuru çempionatın qalan bölümündə sarı-qırmızı rəngli formanı geyinəcək. İstanbul təmsilçisi nigeriyalı oyunçunu birdəfəlik almaq istəsə də, "Monako" razılaşmayıb. Nəticədə Onyekuru icarəyə götürülüb. "Qalatasaray" azarkeşlərin sevimli futbolçusu üçün fransızlara 750 min avro icarə pulu ödəyib. Mövsümün sonuna qədər futbolçunun özünə çatacaq maaş 650 min avro olacaq. "Sarı-qırmızılar" yayda Henrini almaq istəsə, bunun üçün "Monako"ya 4 milyon avro ödəməlidir. 

Qeyd edək ki, 23 yaşlı hücumçu buna qədər iki dəfə - 2018-19 mövsümündə və 2019-20 mövsümünün ikinci yarısında "Qalatasaray"ın uğurları üçün tər töküb. Bütün yarışlarda 60 oyunda forma geyinmək şansı qazanmaqla rəqib qapılarına 19 dəfə yol tapıb.